Bank Of Baku

Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında patent elektronlaşdırılır

Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında patent elektronlaşdırılır
# 27 yanvar 2017 10:26 (UTC +04:00)

Yaxın zamanlarda sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbz (patent) elektron formada veriləcək. "APA-Economics" xəbər verir ki, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

 

"Hazırda sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk qəbz kağız formasında verilir. Bu qəbzin elektron formada verilməsi üçün Vergilər Nazirliyində proqram təminatı hazırlanır. Hazırda proqram təminatı test mərhələsində sınaqdan keçirilir. Yaxın zamanlarda sabit verginin ödənilməsi üzrə ilk qəbzin elektron formada verilməsi mümkün olacaq", - deyə Ə. Məmmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR