Bank Of Baku

Samir Şərifov: “Azərbaycanın sığorta sektoru sabitdir, kapitallaşma ilə bağlı problemi yoxdur”

Samir Şərifov: “Azərbaycanın sığorta sektoru sabitdir, kapitallaşma ilə bağlı problemi yoxdur”
# 02 iyul 2015 08:09 (UTC +04:00)

APA-Economics” xəbəri verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir qeyd edib ki, yaranmış vəziyyət sığorta şirkətlərindən potensial riskləri düzgün qiymətləndirməyi tələb edir.

 

S. Şərifov bildirib ki, Dövlət Sığorta Nəzarət Xidməti sığorta sektorunda müvafiq nəzarət və tənzimləmə işlərini aparır. “Bir sıra sığorta şirkətlərində potensial çatışmazlığı mövcuddur ki, bunları aradan qaldırmaq lazımdır. Dövlət Sığorta Nəzarəti Xidməti bu cür şirkətlərlə daha sıx işləməlidir. Şirkətlərin özləri isə institusional quruculuq tədbirlərini həyata keçirilməlidir”, - deyə S. Şərifov qeyd edib.

 

Nazir əlavə edib ki, Azərbaycanın sığorta sektoru sabitdir və bu sabitlik gələcəkdə qorunub saxlanacaq. Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanın sığorta sektorumuz kapitallaşma ilə bağlı problem yaşamır.

 

S. Şərifov sığortaçıları əhali ilə daha effektiv işləməyə çağırıb: "Sığorta şirkətlərimiz əhliyə daha keyfiyyətli xidmət və məhsullar təklif etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR