Bunu "APA-Economics"ə bankın İdarə heyətinin sədri Heydər İbrahimov bildirib.
"Bəli, bankın adı artıq "Caspian Development Bank"dır. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə H. İbrahimov bildirib.
O bildirib ki, artıq Azərbaycan Mərkəzi Bankı "Kövsər Bank"a adının dəyişdirilməsi ilə bağlı lisenziyanı verib.
Məsələ ilə bağlı Mərkəzi Bank rəsmi məlumat verməyib.
Yeri gəlmişkən, martın 6-da “Kövsər Bank”ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Məlumata görə, iclasda bankın səhmlərinin bir hissəsinin satılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, ötən ay “Kövsər Bank” səhm emissiyası hesabına nizamnamə kapitalını 4,2 dəfə - 12,02 mln. manatdan 50,02 mln. manata qədər artırıb.