Bank Of Baku

Sentyabr-oktyabr aylarında bankların kredit portfeli 2%-dən çox azalıb

Sentyabr-oktyabr aylarında bankların kredit portfeli 2%-dən çox azalıb
# 30 dekabr 2016 14:11 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 2016-cı ilin dekabr ayının 1-nə 15 771,1 mln. manat təşkil edib. 

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, oktyabrla müqayisədə noyabrda bankların kredit portfeli 456,8 mln. manat və ya 2,98% artıb.

 

Amma bu ilin sentyabrı ilə müqayisədə noyabrda kredit portfeli üzrə 381,4 mln. manat və ya 2,42% azalma qeydə alınıb.

 

Qeyd edək ki, sentyabrda bankların kredit portfeli 16 mlrd. 152,5 mln. manat, oktyabrda 15 mlrd. 314,3 mln. manat, noyabrda isə 15 mlrd. 771,1 mlrd. manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR