Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 67 560 müqavilə qeydiyyata alınıb.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 12 103-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,6 mln. manat təşkil edib.
2014-cü ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 9,8%, sığorta haqlarının məbləğində isə 8% azalma müşahidə edilib.