Bank Of Baku

Ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb
# 15 yanvar 2018 09:18 (UTC +04:00)

Siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2000 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR