“APA-Economics”in Sloveniya baş nazirinin mətbuat xidmətinə istinadən xəbərinə görə, nümayəndə heyətinin tərkibinə iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav və Sloveniya şirkətlərini təmsil edən 50 iş adamı daxildir.
Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində Y.Yanşa dövlət başçısı ilə yanaşı, baş nazir Artur Rasizadə və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək. Görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
Sabah Y.Yanşa Azərbaycan-Sloveniya biznes forumunun açılışında iştirak edəcək. Səfər yanvarın 16-da başa çatacaq.