Bank Of Baku

Son 10 ildə Azərbaycanda elektron hesablaşmaların həcmi 15 dəfə artıb

Son 10 ildə Azərbaycanda elektron hesablaşmaların həcmi 15 dəfə artıb
# 02 fevral 2015 07:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə Azərbaycanda ödəniş infrastrukturunun inkişafı davam edib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ilin yekunlarına həsr olunan geniş iclasda bildirib.

 

Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edir. Plastik kartların sayı artıq 5,9 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2,5 dəfə artıb. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR