Bakı. Musa Əhmədov - APA-Economics. Son iki gündə Azərbaycanın milli valyutası olan manat ABŞ dollarına nisbətən 0,06% və ya 0,0005 bənd ucuzlaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, bu gün 1 dollar 0,7853 manat səviyyəsində qərarlaşıb. Məlumat üçün bildirək ki, ötən gün 1 dollar 0,7848 manat olub.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən 1 ABŞ dolllarının rəsmi məzənnəsi 0,7844 manat səviyyəsində olub.
Manatın ucuzlaşmasına AMB-nin ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidlə bağlı qərarı səbəb olub.
Dollardan fərqli olaraq manata nisbətdə avronun rəsmi məzənnəsi bir qədər ucuzlaşıb. Belə ki, son iki gündə avronun məzənnəsi manata nəzərən 0,47% dəyərdən düşüb. Başqa sözlə, əgər dünən 1 avro 0,8962 manat idisə, bu gun 1 avro 0,892 manata bərabər olub.