Bakıda keçirilən Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 6-cı görüşündə Türk Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinlənilib.
"APA-Economics" xəbər verir ki, görüşdə bir gün əvvəl işçi qrupunda müzakirə edilən məsələlər barədə məlumat verilib.
Daha sonra hesabatda qeyd edilən məsələlər üzrə müzakirələr aparılıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşünün yekunlarına dair Protokol imzalanıb.