Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi fevralın 4-5-də Bakıya səfər edəcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, türkiyəli nazirin Bakıda Azərbaycan prezidenti və hökumət üzvləri ilə görüşü planlaşdırılır.
Tərəflər hər iki ölkə arasında iqtisadi əməkdaşlığın bundan sonrakı perspektivlərini müzakirə edəcəklər.