Bank Of Baku

Türkiyənin “Ziraat Bankı” Azərbaycanda real sektorun kreditləşməsini nəzərdən keçirir

Türkiyənin “Ziraat Bankı” Azərbaycanda real sektorun kreditləşməsini nəzərdən keçirir
# 19 fevral 2015 13:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyənin “Ziraat Bankı” Azərbaycanda nümayəndəliyinin fəaliyyətə başlaması üçün baş ofis axtarır.

 

Bu barədə “APA-Economics”ə müsahibəsində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Camal Yanğın bildirib.

 

Onun sözlərinə görə, hazırda bankın rəhbərliyi fəaliyyətə başlamaq üçün üç yeri nəzərdən keçirir. “Ziraat Bank Azərbaycan”a verilən lisenziyanın icraya keçmə müddəti var. Ziraat Banka məxsus köhnə bina var. Bundan başqa, daha iki yer nəzərdən keçirilir. Çox qısa zamanda bu məsələlər öz həllini tapacaq. Onu deyə bilərəm ki, bank Bakının mərkəzində fəaliyyət göstərəcək”, - deyə C. Yanğın qeyd edib.

 

O əlavə edib ki, “Ziraat Bank Azərbaycan”nın aprel-may aylarında Azərbaycanda fəaliyyətə başlayacağı gözlənilir: “Bank Azərbaycanda fəaliyyət sahələrini seçməlidir. “Ziraat Bankı”nın aqrar kredit sahəsində çox böyük təcrübəsi var. Bank Azərbaycanın aqrar sənayesinə öz töhfəsini verə bilər. Bundan başqa, bank real sektorun - istehsal, turizm, xidmət sahəsinin maliyyələşməsində də təcrübəlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR