Bank Of Baku

Nazirlik: Bankların faiz və maliyyə sanksiyalarına görə 8 mln. manat borcu var

Nazirlik: Bankların faiz və maliyyə sanksiyalarına görə 8 mln. manat borcu var
# 29 dekabr 2016 08:51 (UTC +04:00)

2017-ci ilin yanvarın 1-nə bankların faiz və maliyyə sanksiyalarına görə təxminən 8 mln. manatlıq borcu var.

 

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.

 

Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190  min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR