Quba. Vəli Turan - APA. Ötən həftə Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə yeni rəis təyin olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu vəzifə Bayramov Vüsal Sultan oğluna həvalə edilib.
Onun əvvəl nazirliyinin Vergi Auditi baş idarəsində çalışdığı bildirilir.
Qeyd edək ki, ötən həftə Vergilər Nazirliyinin 4 idarə rəisi işdən azad olunub.
Vergilər Nazirliyindən verilən məlumatda bildirilib ki, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.
Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.