“Ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında, 53,2%-i II yarısında təmin olunub”.
“APA-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
V. Gülməmmədov bildirib ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib: "Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb. Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proqnoza qarşı mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub", - deyə V. Gülməmmədov vurğulayıb.