Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 5 ayında Naxçıvan Muxtar Respublikasında bütün sığorta növləri üzrə 2 mln. 319 min manat sığorta haqqı toplanıb.
Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 179 min manat və ya 8,4% çoxdur.