Bank Of Baku

Yanvar-may aylarında Gürcüstandan Azərbaycana 2 mindən çox avtomobil ixrac olunub

Yanvar-may aylarında Gürcüstandan Azərbaycana 2 mindən çox avtomobil ixrac olunub
# 22 iyun 2015 10:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 37 901,6 min dollar dəyərində 2 019 ədəd minik avtomobili ixrac olunub.

 

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 908 ədəd avtomobil və ya 5,4 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,21 dəfə azalıb.

 

Qeyd edək ki, bu ilin 5 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 32,47% təşkil edib.

 

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 42,9%-i təşkil edib.

 

Bu ilin yanvar-may mart ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 13,2% təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar-may ayında Gürcüstandan Azərbaycana 116 710,4 min dollar dəyərində məhsul ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR