Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,718 sığorta tələbi üzrə 1 954 193 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:
|
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
|
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
|
1,611 |
1,743,769 |
40 |
56,424 |
47 |
54,000 |
20 |
100,000 |
1,718 |
1,954,193 |