Bank Of Baku

Yanvarda İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsi 99%-dən çox azalıb

Yanvarda İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsi 99%-dən çox azalıb
# 09 mart 2016 14:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il fevral ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 85,7% və ya 3,6 mln. manat azdır.  

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvarında Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 96,6 mln. manat və ya 99,4% azalıb.

 

2016-cı ilin yanvarında dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.

 

Cari ilin yanvar ayında AİF 4,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

 

Yanvarda fondun istiqrazları yerləşdirilməyib.

 

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il fevralın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 878,7 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,71%, aylıq ödəniş isə 297,3 manat təşkil edib.

 

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 174 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,77%, aylıq ödəniş isə 297,4 manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR