Bank Of Baku

Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 mlrd. dollara çatıb

Yanvarda Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2 mlrd. dollara çatıb
# 18 fevral 2015 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 852 037,59 min ABŞ dolları təşkil edib.

 

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 23,05% azdır.

 

Bu ilin ilk ayında idxal əməliyyatları 574 223,23 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,16% çoxdur.

 

Belə ki, bu ilin yanvar ayında ölkənin ixrac əməliyyatları üzrə 1 277 814,36 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 31,70% azdır.

 

Nəticədə  703 591,13 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,32% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR