Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 760, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 657, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 4 114 323 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 45 480 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 822 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında isə təxminən 2 dəfə artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 1%-i inzibati binalar, 43%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış daşınmaz əmlakların şəhər və rayonlar üzrə bölgüsü aşağıdakı kimidir:
