Bank Of Baku

Yanvarda Vergilər Nazirliyinin xətti ilə büdcəyə 685 mln. manatdan artıq vəsait daxil olub

Yanvarda Vergilər Nazirliyinin xətti ilə büdcəyə 685 mln. manatdan artıq vəsait daxil olub
# 10 fevral 2015 15:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685 mln. 899,4 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103,3% əməl edilib.

 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 12,1% azdır. Belə ki, 2014-cü ilin yanvar ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 780 mln. 352,2 min manat təşkil edib.

 

Bu məbləğin 44,6%-i mənfəət vergisinin, 24,7%-i əlavə dəyər vergisinin, 9,5%-i fiziki şəxslərin gəlir vergisinin, 7,8%-i aksizlərin, 2,9%-i sadələşdirilmiş verginin, 10,5%-i isə digər vergilərin payına düşür.

 

Qeyri-neft-qaz sektoru üzrə 344 mln. 705,6 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR