Bank Of Baku

Zakir Nuriyev: “Dekabrın 1-dən gec olmayaraq banklar ƏDV-nin tutulmasını həyata keçirməlidir”

Zakir Nuriyev: “Dekabrın 1-dən gec olmayaraq banklar ƏDV-nin tutulmasını həyata keçirməlidir”
# 28 noyabr 2017 10:58 (UTC +04:00)

“Dekabrın 1-dən ölkə xaricində yerləşən müəssisələrin Azərbaycanda fəaliyyəti ilə əlaqədar kartlar vasitəsi ilə göstərilmiş bütün bu növ xidmətlərindən ƏDV tutulacaq”.

 

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, ƏDV-nin tutulması ilə bağlı texniki problem yaranmışdı.  

 

“Bu ayın sonunadək bütün bu məsələlər öz həllini tapmalıdır. Prosessinq mərkəzləri və bankların daxili proqram təminatlarında işlər yekunlaşmalıdır. Dekabrın 1-dən gec olmayaraq banklar bu verginin tutulmasını həyata keçirməlidirlər“, - deyə Z.Nuriyev vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR