“Xorvatiya 2023-cü il yanvarın 1-dən ölkənin əsas valyutası kimi avrodan istifadəyə keçəcək. Ölkənin avrozonaya daxil olması ilə bağlı rəsmi açıqlama 2022-ci ilin ortalarında gözlənilir”.
APA xəbər verir ki, bunu Xorvatiya baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariç "Xorvatiya avrozonanın bir hissəsi kimi" konfransında çıxışı zamanı bildirib.
Nazie müavini bildirib ki, 2023-cü il yanvarın 1-i gecədən etibarən avroya keçəcəyik və kuna (yerli pul vahidi - red.) ilə yanaşı, avro da dövriyyəyə buraxılacaq: “Sonrakı mərhələdə isə yalnız avro ilə ödənişlər ediləcək. Ölkənin avrodan istifadəyə keçidini təmin etmək üçün hökumət, nazirliklər və digər aidiyyəti qurumlar 40-a yaxın qanunu və 70 müxtəlif müvafiq aktları uyğunlaşdırmalıdır”.