Bank Of Baku

Yelo Bank reysqabağı yoxlama ödənişini yeniləyib: ƏDV seçimi əlavə olunub

Yelo Bank reysqabağı yoxlama ödənişini yeniləyib: ƏDV seçimi əlavə olunub
# 03 noyabr 2026 14:36 (UTC +04:00)

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-li və ƏDV-siz ödəniş seçimlərini də mümkün edir!

Xidmət xüsusilə sərnişin və yük daşımalarında çalışan nəqliyyat vasitəsi sahibləri üçün nəzərdə tutulub və ödənişi onlayn, təhlükəsiz və istənilən məkandan etməyə şərait yaradır. Beləliklə, əlavə vaxt sərf etmədən biznes prosesləri dayanmadan davam edir.

Bu proses yeni dizaynlı Yelo İnternet Bankçılıqda daha da sadələşir. Rahat interfeys lazım olan əməliyyatı tez tapmağa kömək edir, ikiqat təhlükəsizlik isə hər ödənişdə arxayınlıq verir. Xidmətdən gün və saat məhdudiyyəti olmadan, həm kompüterdə, həm də smartfonda eyni rahatlıqla istifadə etmək olar.

Yelo İnternet Bankçılıqla biznesinizi hər yerdən idarə edin:
https://ylb.az/ibank.

Sərfəli biznes kredit axtarışındasınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR