Bank Of Baku

Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib - FOTO

Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib - FOTO
# 03 noyabr 2026 14:36 (UTC +04:00)

Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara mediatur təşkil edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mediatur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunub.

Media nümayəndələrinə işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Elzar Ağayev bildirib ki, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən indiyədək 12 621 nəfərin məşğulluğu təmin edilib. Onlardan 1 224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb, 642 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Onun sözlərinə görə, hazırda həmin ərazilərə köçürülmüş daha 1 538 nəfərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.

Mediatur çərçivəsində jurnalistlər Xocalı rayonunun Ballıca kəndində Eyvaz Əliyev və Aysel Əliyevanın, Badara kəndində isə Əsməd Mehrəliyevanın təsərrüfatları ilə tanış olublar.

Bildirilib ki, özünüməşğulluq proqramı çərçivəsində Eyvaz Əliyev üçün arıçılıq, Aysel Əliyeva üçün qoyunçuluq, Əsməd Mehrəliyeva üçün isə maldarlıq təsərrüfatı yaradılıb. Əsməd Mehrəliyevaya iki baş cins damazlıq heyvan verilib.

Qeyd edək ki, Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunan şəxslərin sayı 300-ə çatıb. Təsərrüfat sahibləri doğma yurda qayıtdıqdan sonra dövlət dəstəyi ilə öz fəaliyyətlərini qurmaq imkanından məmnun olduqlarını bildiriblər. Ballıca kənd sakini Eyvaz Əliyev bildirib ki, əvvəllər Oğuz rayonunda məskunlaşıb və uzun illər arıçılıqla məşğul olub. Doğma kəndinə qayıtdıqdan sonra məşğulluq qurumunun təklifi ilə özünüməşğulluq proqramına qoşulub.

O, Ballıca kəndinin arıçılıq üçün əlverişli təbii şəraitə malik olduğunu, ərazidə cökə ağaclarının və müxtəlif çiçək növlərinin bol olduğunu deyib.

Badara kənd sakini Əsməd Mehrəliyeva isə ona verilən cins damazlıq heyvanları artıraraq təsərrüfatını genişləndirmək niyyətində olduğunu bildirib.

Sakinlər göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR