Bank Of Baku

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15%-ə yaxın artıb

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15%-ə yaxın artıb
# 10 avqust 2026 12:00 (UTC +04:00)

Bu ilin yanvar – iyul aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 588,4 milyon manat olub.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 255,7 milyon manat, yaxud 14,7 faiz çoxdur.

Qeyd edək ki, indiyədək ölkə ərazisində 115.289 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR