Bank Of Baku

KİV: Pentaqon Almaniya universitetlərindəki tədqiqatları maliyyələşdirir

KİV: Pentaqon Almaniya universitetlərindəki tədqiqatları maliyyələşdirir
# 10 avqust 2026 03:59 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi illərdir Almaniyanın universitet və elmi-tədqiqat mərkəzlərinə, o cümlədən ikili təyinatlı layihələrə milyonlarla dollar qrant ayırır.

Bu barədə "Der Spiegel" məlumat yayıb.

Nəşrin ABŞ federal büdcəsi ilə bağlı məlumatların təhlili əsasında hazırladığı araşdırmaya görə, son yeddi ildə Pentaqon Almaniyadakı layihələrə ümumilikdə 20,4 milyon dollar vəsait ayırıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin maliyyələşdirdiyi layihələr əsasən texniki, təbiət elmləri və tibb sahələrini əhatə edir.

Ən çox vəsait Tübingen Universitetinə - təxminən 1,3 milyon dollar ayrılıb. Ayrı-ayrı qrantlar arasında ən böyük məbləğ, 954 min dollar, Bohumdakı Rur Universitetinə verilib.

Nəşr həmçinin qeyd edir ki, qrant alanlar arasında Alman Aerokosmik Mərkəzi və Fraunhofer Tətbiqi Tədqiqatlar Cəmiyyəti kimi elmi-tədqiqat institutları da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR