Bank Of Baku

Ermənistan müxalifəti həlledici mitinqə hazırlaşır

Ermənistan müxalifəti həlledici mitinqə hazırlaşır
# 23 iyul 2008 13:45 (UTC +04:00)
İrəvan APA. Ermənistan müxalifəti avqustun 1-də demokratiyaya qayıdış baxımından həlledici əhəmiyyətə malik olacaq kütləvi aksiya keçirməyə hazırlaşır. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ümumxalq Hərəkatının nümayəndəsi Levon Zurabyan deyib. O, ötən mitinqdə prezidentin qarşısında 4 tələb qoyulduğunu və bu tələblərin yerinə yetirilməsi üçün avqustun 1-nə qədər vaxt verildiyini xatırladıb: “Tələblər yerinə yetirilməsə, biz dövlət başçısının istefasını tələb edəcəyik”. L. Zurabyan mitinqdə növbəti planlar haqqında məlumat veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR