Bank Of Baku

Gürcüstan parlamentinin binası qarşısında mitinq keçirilib

Gürcüstan parlamentinin binası qarşısında mitinq keçirilib
# 12 avqust 2008 15:20 (UTC +04:00)
Tiflis – APA. Bu gün Gürcüstan parlamentinin binası qarşısında çoxminli mitinq keçirilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları əllərində dövlət bayraqları və prezident Mixail Saakaşvilinin portretlərini tutublar. Mitinqdə çıxış edən Tiflis meri Giqi Uqulava bu çətin günlərdə kimə arxalanmaq lazım olduğunu gördüklərini bildirib: “Kömək gözlədiyimiz dövlətlər və təşkilatlar ümidlərimizi doğrultmadılar. Əvəzində gözləmədiyimiz ölkə və təşkilatlardan dəstək aldıq”.
Parlamentin sədri David Bakradze isə gürcü xalqını yəhudilərlə müqayisə edib: “İsrail xalqı 2 min il öz torpağını axtararaq öz dövlətini yaratmağa çalışdı və buna nail oldu. Bütün addımlarımız ona yönəlib ki, 10 il, 100 il və ya 1000 il sonra Sxinvali və Suxumi bizim olsun”.
Sonda tribunaya qalxan prezident Mixail Saakaşvili Rusiya hərbi təyyarələrinin ölkə ərazisini bombalamağa davam etdiyini bildirib: “Bu dəqiqələrdə aviahücumlar davam edir, insanlarımız ölür. Gürcüstanın prezidenti kimi, sizin qarşınızda çox çətin vəziyyətdəyəm. Dünən bizi necə bombaladıqlarını öz gözlərimlə gördüm və həmin an öz xalqımı qorumaq üçün heç bir şey edə bilmədiyimi dərk etdim...” M. Saakaşvilinin çıxışı alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR