Bank Of Baku

BQXK Gürcüstandakı münaqişə zonasına humanitar yardım göndərir

BQXK Gürcüstandakı münaqişə zonasına humanitar yardım göndərir
# 12 avqust 2008 15:44 (UTC +04:00)
Tiflis – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu həftənin əvvəlində Gürcüstan, Cənubi Osetiya və Rusiya qoşunları arasında beynəlxalq silahlı münaqişədən zərər çəkənlər tibbi yardım göstərmək üçün təyyarə ilə Gürcüstana 15 ton dərman və tibbi ləvazimat göndərməyə hazırlaşır. BQXK-dən APA-ya verilən məlumata görə, yardıma sutəmizləyici qurğu üçün materialların və 20000 nəfəri təhlükəsiz içməli su ilə təchiz etmək üçün çənlərin də əlavə edilməsi gözlənilir. Qurumun Gürcüstandakı nümayəndəliyinin başçısı Dominik Linqme indiyədək BQXK əməkdaşlarının Cənubi Osetiyaya gedə bilmədiyini deyib: “İntensiv döyüşlər davam etdiyindən bizim ərazidə hərəkət etmək və yardım paylamaq imkanımız olmayıb. Buna görə münaqişədən zərər çəkmiş bütün ərazilərdə maneəsiz və təhlükəsiz hərəkət etmək, yardım paylanmasına imkan yaradılması üçün müraciətlərimizi davam etdiririk".

Şimali Osetiyada təşkilat Rusiya hakimiyyət orqanları ilə birgə Cənubi Osetiyadan gəlmiş müvəqqəti köçkünlərə yardım paylayır.

Qeyd edək ki, BQXK-nın Tiflis şəhərində nümayəndəliyi, Zuqdididə (Şimali Gürcüstan) ofisi və Goridə kiçik bir işçi qrupu var. Yaxın günlərdə Gürcüstana əlavə heyətin gəlməsi gözlənilir. Şimali Qafqaza gəldikdə isə BQXK-nın Nalçikdə subnümayəndəliyi, Xasavyurt, Qroznı, Nazran və Vladiqafqazda isə ofisləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR