Bank Of Baku

BQXK nümayəndələri Gürcüstanda saxlanılan yaralı rus pilotlara baş çəkiblər

BQXK nümayəndələri Gürcüstanda saxlanılan yaralı rus pilotlara baş çəkiblər
# 12 avqust 2008 15:53 (UTC +04:00)
Tiflis – APA. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Gürcüstan, Cənubi Osetiya və Rusiya qoşunları arasında beynəlxalq silahlı münaqişədən əzab çəkən 50 minə yaxın insanın ehtiyaclarını ödəmək məqsədilə lazım olan 8 milyon İsveçrə frankının (7.4 milyon ABŞ dolları) toplanması üçün dövlətlərə ilkin fövqəladə müraciət edib. BQXK-dən APA-ya verilən məlumata görə, müraciətin məqsədi yaralılara müvafiq cərrahi və digər tibbi yardım göstərmək, Şimali Osetiya və Gürcüstanda olan məcburi köçkünlər, eləcə də Cənubi Osetiyada qalan mülki əhaliyə fövqəladə yardımı təmin etməkdir. Buraya Sxinvalidəki əhalinin içməli su ilə təchiz edilməsi daxildir.

BQXK münaqişə ilə bağlı tutulmuş və həbs olunmuş bütün insanlarla görüşə bilmək cəhdlərini də davam etdirir. Bu gün səhər BQXK-nın nümayəndələri yaralanmış və hazırda Gürcüstan hökumət orqanları tərəfindən saxlanan iki rus pilotuna baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR