Bank Of Baku

Rusiya və Fransa Gürcüstandakı münaqişələrin həlli ilə bağlı 6 prinsip müəyyənləşdiriblər

Rusiya və Fransa Gürcüstandakı münaqişələrin həlli ilə bağlı 6 prinsip müəyyənləşdiriblər
# 12 avqust 2008 16:53 (UTC +04:00)
Moskva – APA. Rusiya və Fransa prezidentləri Gürcüstandakı münaqişələrin həlli ilə bağlı 6 prinsip üzrə razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskvada Fransa prezidenti Nikola Sarkozi ilə birlikdə mətbuat konfransı keçirən Rusiya prezidenti Dmitri Medvedev aşağıdakı prinsipləri razılaşdırdıqlarını və müvafiq tərəfləri bu prinsiplərin altına imza atmağa çağırdıqlarını bildirib:
1. Güc tətbiq etməkdən çəkinmək;
2. Bütün hərbi fəaliyyətlərə qəti şəkildə son qoymaq;
3. Humanitar yardımların sərbəst şəkildə çatdırılmasına şərait yaratmaq;
4. Gürcüstan Silahlı Qüvvələrinin bölmələrinin daimi dislokasiya yerlərinə qayıtması;
5. Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatlardan əvvəlki xəttə geri çəkilməsi;
6. Cənubi Osetiya və Abxaziyanın gələcək statusunun və onların təhlükəsizliyinin təmin edilməsi yollarının müəyyənləşdirilməsi üçün beynəlxalq müzakirənin başlanması.
Fransa prezidenti Nikola Sarkozi Gürcüstan rəhbərliyini bu prinsipləri imzalamağa razı salmağa çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR