Bank Of Baku

Mixail Saakaşvili Fransa və Rusiya prezidentlərinin razılaşdırdığı 6 prinsipdən birini qəbul etməyib

Mixail Saakaşvili Fransa və Rusiya prezidentlərinin razılaşdırdığı 6 prinsipdən birini qəbul etməyib
# 13 avqust 2008 07:45 (UTC +04:00)
APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Gürcüstan prezidenti atəşkəsin təmin olunması haqda sənədi imzalasa da, Nikola Sarkozi və Dmitri Medvedevin Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə dair razılaşdırdıqları 6 prinsipdən birini qəbul etməyib. Belə ki, Gürcüstan tərəfinin xahişi ilə sənəddən Abxaziya və Cənubi Osetiyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq müzakirələrin başlanması barədə müddəa sənəddən çıxarılıb. M. Saakaşvili bildirib ki, müxtəlif yozumlara əsas yaratdığı üçün bu maddənin çıxarılması zəruri sayılıb. N. Sarkozi də maddənin D. Medvedevin razılığı ilə çıxarıldığını açıqlayıb. Onun sözlərinə görə, əsas məsələ odur ki, hər cür hərbi fəaliyyətlərin dayandırılması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bu gün Parisdə keçiriləcək fövqəladə iclasında Fransanın vasitəçiliyi ilə Gürcüstan və Rusiya arasında razılaşdırılan prinsiplər müzakirəyə çıxarılacaq. Latviya toplantıda Cənubi Osetiyada sülhməramlı missiyanın formatının dəyişdirilməsi məsələsini qaldırmaq fikrindədir. Bu ölkənin xarici işlər naziri Maris Riekstinş deyib ki, “Rusiya sülhməramlıları” adlandırılan kontingent sülhməramlı kimi qəbul olunmur. Nazirin fikrincə, AB ölkələri ilə Rusiya arasında münasibətlərin bundan sonrakı inkişafı məsələsi də nəzərdən keçirilməlidir: “Bundan sonra heç nə olmamış kimi davranmaq çətin ki, mümkün olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR