Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Rusiyanın “Dostluq” ordenindən imtina edib
13 avqust 2008 07:57 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze bu il iyulun 19-da 70 illik yubileyi münasibətilə Rusiya prezidenti Dmitri Medvedevin onu təltif etdiyi “Dostluq” ordenindən imtina edib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, bunu Tiflisdə keçirilən mitinqdə Gürcüstan parlamentinin təhsil, mədəniyyət və idman komitəsinin sədri Georgi Qabaşvili bildirib. O, məşhur sənətçinin Rusiyanın Gürcüstana qarşı əməllərinə etiraz əlaməti olaraq ordeni geri qaytarmaq və Rusiyada nəzərdə tutulan konsertlərini ləğv etmək qərarına gəldiyini açıqlayıb. Hazırda Batumidə istirahət edən V. Kikabidze bu informasiyanı təsdiqləyib. O, Rusiya xalqına böyük hörmət və simpatiya bəslədiyini, amma Rusiyanın Gürcüstana qarşı son əməllərindən sonra bu ordeni qəbul edə bilməyəcəyini söyləyib.
MDB
Ermənistan axtarışda olan ABŞ vətəndaşını Rusiyaya verməkdən imtina edib
00:52
13 sentyabr 2024
Paşinyan və Blinken Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
23:07
12 sentyabr 2024
Putin: Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə NATO-nun döyüşlərdə birbaşa iştirakı anlamına gələcək
20:51
12 sentyabr 2024
Rusiya CNN əməkdaşı da daxil olmaqla 7 xarici jurnalisti axtarışa verib
19:26
12 sentyabr 2024