Bank Of Baku

Gürcüstanda və Rusiyada matəm elan olunub

Gürcüstanda və Rusiyada matəm elan olunub
# 13 avqust 2008 08:22 (UTC +04:00)
Tiflis – APA. Bu gün Gürcüstanda üç günlük matəm elan olunub. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, mətəm ölkə ərazisində gedən hərbi əməliyyatlar zamanı dinc sakinlərin və hərbçilərin ölümü ilə əlaqədar elan edilib. Bu qərarı ölkə prezidenti Mixail Saakaşvili Tiflisdəki kafedral kilsədə katalikos-patriarx II İlyanın iştirakı ilə ölənlərin xatirəsinə həsr olunmuş ayindən sonra açıqlayıb.

Rusiya prezidenti Dmitri Medvedev də öz növbəsində Cənubi Osetiyada humanitar fəlakətlə əlaqədar ölkədə matəm elan olunması barədə fərman imzalayıb. Rusiyada matəm bir gün (13 avqust) davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR