Bank Of Baku

Valdas Adamkus: “BMT Qafqaza beynəlxalq silahlı qüvvələr yerləşdirməlidir”

Valdas Adamkus: “BMT Qafqaza beynəlxalq silahlı qüvvələr yerləşdirməlidir”
# 13 avqust 2008 12:07 (UTC +04:00)
Vilnüs – APA. Litva prezidenti Valdas Adamkus BMT-ni Qafqazda azadlığı müdafiə etmək üçün bölgəyə beynəlxalq silahlı qüvvələr yerləşdirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Adamkus Tiflisdə Gürcüstan, Ukrayna, Polşa, Latviya və Estoniya liderləri ilə birlikdə keçirdiyi mətbuat konfransında bütün işğalçı qoşunların beynəlxalq qüvvələrlə əvəz olunmasının zəruriliyini vurğulayıb: “Dünya nəhayət, ayılmalı və regionda təhlükəsizliyin təminatı üçün real tədbirlər görməlidir. Əgər belə olmasa, bir gün hadisələr bu regiondan kənara çıxacaq”. V. Adamkus hesab edir ki, BMT kağız üzərində qalan qətnamələrdən fərqli bir qərar tapmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR