Bank Of Baku

Eduard Şevardnadze: “Gürcüstan Sxinvaliyə bu cür hazırlıqsız girməməliydi”

Eduard Şevardnadze: “Gürcüstan Sxinvaliyə bu cür hazırlıqsız girməməliydi”
# 13 avqust 2008 12:32 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze gürcü qoşunlarının Sxinvaliyə yeridilməsini “ölümcül səhv” adlandırıb. APA-nın məlumatına görə, E. Şavardnadze Almaniyanın “Bild” qəzetinə müsahibəsində hərbi əməliyyatın çox pis hazırlandığını söyləyib: “Gürcüstan Sxinvaliyə bu cür hazırlıqsız girməməliydi. Bu, ölümcül səhv idi”. Sabiq dövlət başçısı deyib ki, hazırda vəziyyət çox mürəkkəbdir və necə həll olunacağı bəlli deyil. O, ümid etdiyini bildirib ki, M. Saakaşvili və onun Qərbdəki tərəfdaşlarının apardığı danışıqlar bölgədə münaqişəyə son qoyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR