Bank Of Baku

Ukrayna parlamenti Rusiya əleyhinə qərarlar qəbul edə bilər

Ukrayna parlamenti Rusiya əleyhinə qərarlar qəbul edə bilər
# 13 avqust 2008 14:54 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasına “Rusiya Federasiyası Silahlı Qüvvələrinin Gürcüstan ərazisindəki intervensiyasının pislənməsi haqqında” qərar layihəsi və “Rusiya Federasiyasının Qara dəniz donanmasının Ukrayna ərazisində qalmasının şərtləri və statusuna dair Ukrayna ilə Rusiya Federasiyası arasında imzalanmış Müqavilənin denonsasiyası haqqında” qanun layihəsi təqdim olunub. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin pislənməsi ilə bağlı qərar layihəsini “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun deputatları Vladimir Aryev və Yuri Stes hazırlayıblar.

V. Aryev bildirib ki, layihədə Ukrayna ərazisindəki Qara dəniz donanmasının Gürcüstandakı münaqişədə hansı rolu oynadığını müəyyənləşdirmək üçün Haaqada yerləşən Beynəlxalq Məhkəmədə iddia qaldırmaq da əksini tapıb.

İkinci layihəni isə “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun digər deputatı Vladislav Kaskiv hazırlayıb. Layihədə Rusiyanın Qara dəniz donanmasının 2017-ci ilə qədər Ukrayna ərazisində qalmasının şərtləri və statusuna dair iki ölkə imzalanmış Müqavilənin vaxtından əvvəl ləğvi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR