Bank Of Baku

Rus qoşunlarının Tiflisə irəlilədiyi barədə xəbər yayılıb

Rus qoşunlarının Tiflisə irəlilədiyi barədə xəbər yayılıb
# 13 avqust 2008 15:03 (UTC +04:00)
Tiflis – APA. “France-Presse” (AFP) agentliyinin müxbirləri 60 ədəd tank, zirehli maşın və yük avtomobilindən ibarət Rusiya hərbi karvanının Qori istiqamətindən Tiflisə doğru irəlilədiyi barədə xəbər yayıb. APA-nın məlumatına görə, agentliyin müxbirləri əllərində Rusiya bayraqları yelləyən rus əsgərlərinin “Tbilisi, Tbilisi” deyə qışqırmasının şahidi olublar. AFP-nin bu xəbərini CNN də öz efirində verib, bir qədər sonra isə Gürcüstan hökumətindəki mənbələrə istinadən rus qoşunlarının yarı yoldan qayıdaraq Gürcüstan ordusunun boş hərbi bazalarından birinə doğru getdiklərini bildirib. Rusiya mənbələri bu xəbərləri təkzib ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR