Bank Of Baku

MDB icra katibi: “Gürcüstanın qurumdan çıxması daha çox onun özü üçün mənfi nəticələrə gətirəcək”

MDB icra katibi: “Gürcüstanın qurumdan çıxması daha çox onun özü üçün mənfi nəticələrə gətirəcək”
# 13 avqust 2008 15:25 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu MDB icra katibi Sergey Lebedev Gürcüstan prezidenti Mixail Saakaşvilinin qurumdan çıxmaq barədə bəyanatına münasibət bildirərək deyib. İcra katibi əlavə edib ki, Tiflis planlarının destruktiv olduğunu anlamalıdır. M. Saakaşvilinin MDB-ni Rusiyanın idarə etdiyi barədə fikirlərinə münasibət bildirən S. Lebedevin sözlərinə görə, Birlik çərçivəsində əlaqələr, qərarların qəbulu qaydası bu ittihamın əsassız olduğunu göstərir. O, həmçinin bildirib ki, Gürcüstan MDB-dən çıxması barədə hələlik rəsmi müraciət etməyib. Qurumdan çıxmaq qaydalarına da aydınlıq gətirən Lebedev MDB-dən çıxmaq istəyən dövlətin 12 ay öncədən MDB-nin İcra Komitəsini yazılı məlumatlandırmalı olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR