Bank Of Baku

Böyük Britaniya Avropa Birliyini Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırır

Böyük Britaniya Avropa Birliyini Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırır
# 13 avqust 2008 15:33 (UTC +04:00)
Brüssel – APA. “Avropa Birliyi Moskvanın Gürcüstana qarşı hərbi təcavüzünün fonunda Rusiya ilə daha sıx əlaqələrin qurulmasına dair danışıqları davam etdirməyin məqsədəuyğunluğuna dair qərar qəbul etməlidir”. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, bu bəyanatla Brüsseldə Böyük Britaniyanın xarici işlər naziri Devid Millibend çıxış edib. O bildirib ki, məsələ AB ölkələri xarici işlər nazirlərinin sentyabrın 6-7-də keçiriləcək qeyri-formal görüşündə müzakirə oluna bilər.

Xatırladaq ki, Avropa Birliyi ilə Rusiya qarşılıqlı əməkdaşlığa dair 10 il əvvəl imzalanmış müqaviləni əvəz edəcək yeni sənədin imzalanması üçün danışıqlara başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR