Bank Of Baku

Sergey Şoyqu: “Cənubi Osetiyadakı obyektlərin bərpasına 10 milyard rubldan çox pul lazım olacaq”

Sergey Şoyqu: “Cənubi Osetiyadakı obyektlərin bərpasına 10 milyard rubldan çox pul lazım olacaq”
# 13 avqust 2008 16:00 (UTC +04:00)
Moskva – APA. “Cənubi Osetiyadakı obyektlərin bərpasına 10 milyard rubldan çox pul lazım ola bilər”. APA-nın məlumatına görə, bunu Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu “RİA Novosti” agentliyinin təşkil etdiyi Moskva-Vladiqafqaz videokörpüsündə çıxışı zamanı deyib. O, nazirliyin maliyyələşdirmə işləri ilə məşğul olmadığını xatırladaraq səlahiyyətli qurumların uyğun maliyyələşdirmə sxemi tapacaqlarına inandığını söyləyib. Sentyabrın 1-nə qədər Sxinvalidəki 9 məktəbdən 6-nın bərpa olunacağını vəd edən S. Şoyqu Sxinvalidə şüşəsi qırılmayan bina olmadığını bildirib: “Şəhərdə bir dənə də şüşə yoxdur. Təxminən 800 min kvadrat metrlik yaşayış sahəsi olan, amma pəncərəsiz bir şəhər təsəvvür edin. Bir çox binalarda pəncərələrin çərçivələri, qaz xətləri dağılıb”. Nazir sosial obyektlərin də dağıdıldığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR