Bank Of Baku

Gürcüstan ordusunun generalı yaralanıb

Gürcüstan ordusunun generalı yaralanıb
# 13 avqust 2008 16:31 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlar üzrə komandanı, briqada generalı Mamuka Kuraşvili yaralanıb. APA-nın Gürcüstan mənbələrinə istinadən yaydığı məlumata görə, iki gün əvvəl həlak olduğuna dair xəbərlər yayılan general Tiflisdəki hospitalların birində müalicə olunur. Onun hansı şəraitdə yaralandığı barədə açıqlama verilmir.

Xatırladaq ki, Cənubi Osetiyada əməliyyat keçirən 58-ci Rusiya ordusunun komandanı, general Anatoli Xrulyov da yaralanıb və hazırda müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR