Bank Of Baku

Corc Buş: “ABŞ Gürcüstanın demokratik yolla seçilmiş hökumətini dəstəkləyir”

Corc Buş: “ABŞ Gürcüstanın demokratik yolla seçilmiş hökumətini dəstəkləyir”
# 14 avqust 2008 07:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatı ABŞ prezidenti Corc Buş CNN telekanalında birbaşa efirdə səsləndirib. Corc Buş bildirib ki, son illər Rusiya dünyanın siyasi və iqtisadi həyatında müəyyən mövqe tutmağa müvəffəq olub: “Lakin Rusiya qoşunlarının Gürcüstan ərazisindəki fəaliyyəti bütün müsbət məqamları heçə endirə bilər”.

Corc Buş həmçinin dövlət katibi Kondoliza Raysı Tiflisə göndərəcəyini bildirib. Onun sözlərinə görə, dövlət katibi Rusiya ilə Gürcüstan arasında münaqişənin nizamlanması ilə bağlı məsələləri müzakirə etmək üçün Tiflisə gedəcək. Rusiyanın Gürcüstan ərazisində hərbi əməliyyatları davam etdirdiyi barədə məlumatlardan narahatlığını ifadə edən Corc Buş Moskvanı Gürcüstandan qoşunlarını çıxarmağa çağırıb: “Cənubi Osetiya ətrafında vəziyyəti həmçinin Pentaqon rəhbəri Robert Qeyts də diqqətdə saxlayır. Biz Gürcüstana hava və dəniz qolu ilə humanitar yardımlar göndərəcəyik. Artıq humanitar yardım aparan ilk təyyarə Gürcüstana yola düşüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR