Bank Of Baku

Rusiya qoşunları Qori şəhərinə nəzarəti Gürcüstan polisinə təhvil veriblər

Rusiya qoşunları Qori şəhərinə nəzarəti Gürcüstan polisinə təhvil veriblər
# 14 avqust 2008 07:37 (UTC +04:00)
APA-nın “İnterfaks” agentliyinə istinadən yaydığı məlumata görə, ruslar şəhərə nəzarəti rəsmi qaydada Gürcüstan polisinə təhvil veriblər. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Vyaçeslav Borisov avqustun 14-dən etibarən şəhərə nəzarəti Gürcüstan Daxili İşlər Nazirliyinin həyata keçirəcəyini bildirib.

O, şəhərin dağıdılması, rus əsgərlərinin Qoridə talançılıqla məşğul olması barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Vyaçeslav Borisov dünən Gürcüstan hakimiyyət orqanlarının nümayəndələri və xarici səfirlərlə birlikdə Qoriyə getdiyini, şəhərin mövcud durumu ilə birbaşa tanış olduğunu vurğulayıb: “Şəhərdə bütün binalar normal vəziyyətdədir, Qoriyə su və elektrik enerjisi verilir. Rusiya qoşunları şəhərə nəzarətin gürcü polisinə təhvil verilməsi ilə bağlı hələ iki gün Qoridə olacaqlar. Müvafiq proseduralar başa çatdıqdan sonra qoşunlarımız Qorini tərk edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR