Bank Of Baku

ABŞ dövlət katibi Kondoliza Rays sabah Tiflisə səfər edəcək

ABŞ dövlət katibi Kondoliza Rays sabah Tiflisə səfər edəcək
# 14 avqust 2008 07:46 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ dövlət katibi Kondoliza Rays sabah Tiflisə səfər edəcək. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, səfər zamanı Kondoliza Raysın Gürcüstanın ali hakimiyyət nümayəndələri ilə görüşləri nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Vudun bununla bağlı yaydığı bəyanatda bildirilir ki, dövlət katibinin səfərində məqsəd ABŞ-ın Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünü dəstəkləməsinə dair bəyanatlarına sadiqliyini nümayiş etdirməkdir.

Gürcüstana səfər hazırlaşan Kondoliza Rays öz növbəsində Rusiyanı beynəlxalq təcridlə hədələyib. Dövlət katibi bildirib ki, Moskva Tiflislə əldə edilmiş atəşkəs barədə razılığı pozacağı təqdirdə beynəlxalq təcridlə üzləşə bilər: “Şəxsən məndə olan məlumatlara görə, Rusiya Gürcüstan ərazisində hərbi əməliyyatları hələ də dayandırmayıb. Fransa prezidentinin vasitəçiliyi ilə aparılan danışıqlarda atəşkəs barədə razılıq əldə olunub və razılaşmaya əsasən bu hərbi əməliyyatlar dərhal dayandırılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR