Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə görüşüb
# 14 avqust 2008 07:52 (UTC +04:00)
Moskva – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində prezident Dmitri Medvedyevlə görüşüb. APA-nın məlumatına görə, 2 saat davam edən görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr, turizm sektoru barədə müzakirələr aparılıb. Görüşdə Gürcüstan və Cənubi Osetiyada baş verən hadisələr də müzakirə mövzusu olub. Ərdoğan mətbuata açıqlamasında bildirib ki, Türkiyə münaqişənin həlli istiqamətində səylərini davam etdirir. Türkiyənin xarici işlər naziri Əli Babacanın Rusiya, Gürcüstan və ABŞ-ın xarici işlər nazirləri ilə görüşdüyünü xatırladan baş nazir “bu görüşlərin nəticəsi olaraq, bəzi addımlar atılıb, əgər sülh üçün təhlükəli addımlar atılmasa, bu işin bitdiyini söyləmək olar”, - deyə əlavə edib.
Rusiyada görüşlərini başa vuran Ərdoğan Moskvadan Tiflisə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR