Bank Of Baku

BQXK: Gürcüstanda baş verən silahlı münaqişədən zərərçəkən on minlərlə insanın fövqəladə yardıma ehtiyacı var

BQXK: Gürcüstanda baş verən silahlı münaqişədən zərərçəkən on minlərlə insanın fövqəladə yardıma ehtiyacı var
# 14 avqust 2008 11:11 (UTC +04:00)
Tiflis – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Gürcüstan, Rusiya və Cənubi Osetiya qoşunlarının cəlb olunduğu silahlı münaqişənin təsirinə məruz qalmış on minlərlə insanın fövqəladə yardıma ehtiyacı olduğunu bildirir. BQXK-dən APA-ya verilən məlumata görə, qurum əhalinin ehtiyaclarını öyrənmək və humanitar yardımı paylamaq məqsədilə Cənubi Osetiya ərazisinə təhlükəsiz və sərbəst girmələri üçün şərait yaradılması ilə bağlı müvafiq hökumət orqanlarına müraciət edib. BQXK-nın əməliyyat üzrə direktor müavini Dominik Stilhart bildirib ki, qurumun nümayəndələrinin Cənubi Osetiyaya gecikdirmədən giriş icazəsi alması çox vacibdir: “Çünki biz bununla ehtiyacı olanlara zəruri yardım etmək imkanı qazanacağıq”.


BQXK artıq adeyal, su qabları, brezent material, vedrə və gigiyena materialları daxil olan 35 ton yardım ehtiyatından ibarət ilkin yükü hava yolu ilə Ammandan Tiflisə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR