Bank Of Baku

Gürcüstanda həbsxanadan 150 məhbus qaçıb

Gürcüstanda həbsxanadan 150 məhbus qaçıb
# 14 avqust 2008 11:43 (UTC +04:00)
Tiflis-APA. Cənubi Osetiyada baş verən hərbi münaqişə zamanı Gürcüstanın qərbində yerləşən Xoni cəzaçəkmə müəssisəsində kütləvi qaçış faktı qeydə alınıb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, avqustun 12-də cəzaçəkmə müəssisəsində saxlanan məhbuslar mühafizəçilərə hücum ediblər. Hücum zamanı ən azı iki məhbus həlak olub. Nəzarətçiləri tərksilah edən 150 məhbus cəzaçəkmə müəssisəsini tərk etməyə müvəffəq olublar. Gürcüstan Daxili İşlər Nazirliyi hələlik bu faktı şərh etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR